Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:00

Amerika əleyhinə aksiyada 10 nəfər yaralanıb


Kabildə 10-a yaxın adam Amerika əleyhinə aksiyasının dağıdılması zamanı yaralanıb. Yaralılar arasında polislər də var.

Sentyabrın 15-də ABŞ siyasətini pisləyən bir neçə yüz nümayişçi şüarlarını səsləndirəndən sonra polisə daş atıb və Əfqanıstan paytaxtında yolu bağlamağa cəhd ediblər.

Ötən həftə də Əfqanıstanda amerikalı keşiş Terri Consun Quranı yandırmaq niyyətinə etiraz olaraq aksiya keçirilib. Həmin hadisədə təhlükəsizlik qüvvələri ilə toqquşmada 3 nəfər ölüb.
XS
SM
MD
LG