Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:38

İlham Əliyev Türkiyəyə gedib


Prezident İlham Əliyev sentyabrın 15-də Türkiyəyə yola düşüb. Prezident Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçiriləcək X Zirvə toplantısında iştirak edəcək.

Bu dəfəki zirvənin geniş tərkibli olacağı gözlənilir. Sonuncu, Naxçıvan sammitindən fərqli olaraq, Türkmənistan prezidenti də zirvəyə gələcək.

İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Görüşlərdə iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağı, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılacağı bildirilir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bir sıra görüşlər keçirməlidir. Onların arasına Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirlərinin birgə görüşü də daxildir. Bundan başqa Azərbaycan, Türkiyə, Türkmənistan enerji nazirlərinin də toplantısı olacaq. Bu toplantıda Xəzərdəki yataqlar məsələsinin müzakirə ediləcəyi və Türkdilli dövlətlər arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə diqqət yetiriləcəyi bildirilir.

Sentyabrın 16-da başlayacaq zirvədə isə əsas müzakirə mövzusu Türkdilli dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri olan enerji, iqtisadiyyat, ekoloji təhlükəsizlik, mədəni-humanitar sahədəki məsələlər olacaq. Sammitin gündəliyinə həmçinin iştirakçı ölkələr arasında əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə yönələn addımlar atılması daxildir. Habelə regional və beynəlxalq mövzularda tərəfləri maraqlandıran mövzular da müzakirə ediləcək.

Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı 2-3 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilib. /AnsPress/
XS
SM
MD
LG