Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

Avropa Məhkəməsində köçkünlərin iddiasına baxılacaq


Sentyabrın 15-də Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin iddiasına baxılacaq. Azərbaycanın altı vətəndaşı Ermənistanı işğalçı kimi məhkəməyə verib.

Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərəri kompensasiya etməyib.

İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər.

Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. /AnsPress/

Günün bütün mövzuları

XS
SM
MD
LG