Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:39

Bakının işğaldan azad edilməsindən 92-il ötür


Bakının daşnak-bolşevik birləşmələrindən azad edilməsindən 92-il ötür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad edib.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olunsa da ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar daşnak-bolşevik işğalı altında olub. Belə bir şəraitdə Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə bu ölkənin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Bakıya göndərib.

Bununla həm Azərbaycanın müstəqilliyi möhkəmlənib, həm də daşnak-bolşevik birləşmələrinin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürülüb. Üç ay sonra isə ölkə parlamentinə seçkilər keçirilib.
XS
SM
MD
LG