Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53
Sentyabrın 15-də Yasamal rayon Məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin üzərindən məhkumluğun götürülməsi ilə bağlı şikayətinə baxılıb. Amma qərarın elan edilməsi sentyabrın 16-a qalıb.

Qənimət Zahid 17 saylı Yasamal Seçki Dairəsindən namizədliyini irəli sürdüyü üçün məhkumluğun üzərindən götürülməsini istəyir. Onun sözlərinə görə, qanunvericilik ağır cinayətlərə görə məhkum edilmiş şəxsin seçkiyə qatılmaq niyyətini məhdudlaşdırır, ona qarşı irəli sürülən ittiham isə ağır cinayətlər kateqoriyasına aid deyil. Amma baş redaktor bütün hallarda istəyir ki, məhkumluq üzərindən götürülsün:

«Məndə də ağır və ya xüsusilə ağır cinayət olmayıb, amma bundan bəzən istifadə edirlər. Həmin bəhanələri kəsmək üçün məhkəməyə müraciət elədim ki, söz-söhbət olmasın. İndi məhkumluğu üzərimdən götürməsələr bu o deməkdir ki, məni seçkiyə buraxmaq istəməyəcəklər».

Amma baş redaktor məhkumluğun üzərindən götürülməməsi üçün heç bir əsas görmür.

Xuliqanlıq ittihamı ilə 2007-ci ilin noyabrında 4 il azadlıqdan məhrum edilən Qənimət Zahid 2010-cu il martın 17-də əfv edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG