Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

Bakıda iki günlük beynəlxalq konfrans başlayıb


Sentyabrın 15-də Bakıda «Gas Infrastructure World Caspian-2010» adlı iki günlük beynəlxalq konfrans başlayıb.

Xəzər regionu qaz infrastrukturuna həsr olunmuş konfransda uzunmüddətli enerji təhlükəsizliyi, dünyanın enerji ehtiyaclarının ödənilməsindən ötrü hasilatın artırılması, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlığı, tranzit və sair məsələlərə dair məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Gürcüstanın və Qazaxıstanın müvafiq nazirliklərinin, «Nabucco Gas Pipeline International GmbH.» şirkəti və «Trans Adriatic Pipeline» (TAP) layihəsinin rəhbərlərinin də qatıldığı konfransda Azərbaycanı əsasən Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkəti təmsil edir.
XS
SM
MD
LG