Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

Qənimət Zahidin şikayətinə baxılacaq


Sentyabrın 15-də Yasamal rayon məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətinə baxılacaq. Baş redaktor parlamet seçkilərinə qoşulması ilə əlaqədar üzərindən məhkumluğun götürülməsini istəyir.

O, 17 saylı Yasamal Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Qənimət Zahid deyir ki, qanunvericilik ağır cinayətlərə görə məhkum edilmiş şəxsin seçkiyə qatılmaq niyyətini məhdudlaşdırır, ona qarşı irəli sürülən ittiham isə ağır cinayətlər kateqoriyasına aid deyil. Amma baş redaktor bütün hallarda istəyir ki, məhkumluq üzərindən götürülsün:

«Məndə də ağır və ya xüsusilə ağır cinayət olmayıb, amma bundan bəzən istifadə edirlər. Həmin bəhanələri kəsmək üçün məhkəməyə müraciət elədim ki, söz-söhbət olmasın. İndi məhkumluğu üzərimdən götürməsələr bu o deməkdir ki, məni seçkiyə buraxmaq istəməyəcəklər».

Amma baş redaktor məhkumluğun üzərindən götrülməməsi üçün heç bir əsas görmür.

Xuliqanlıq ittihamı ilə 2007-ci ilin noyabrında 4 il azadlıqdan məhrum edilən Qənimət Zahid 2010-cu il martın 17-də əfv edilib.
XS
SM
MD
LG