Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

R. Bradke: «Biz vəziyyətin ciddiliyinin şahidi olduq»


Gələn həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Amerika Birləşmiş Ştatlarında görüşəcək. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke «BBC»yə müsahibəsində həmsədrlərin də məsləhətləşmələr üçün Vaşinqtona gələcəyini bildirib. Bu məsləhətləşmələr ABŞ-ın vəzifəli rəsmiləri ilə aparılacaq. Sonra isə həmsədrlər tərəflərlə görüşmək üçün Nyu-Yorka gedəcəklər.

Vasitəçilərin yeni ideyalarının olduğunu deyən Robert Bradtkenin sözlərinə görə, ötən həftə bunlarla Bakı və Yerevan da tanış olub. Həmsədrlər isə növbəti dəfə sentyabrın sonu, oktyabrın əvvəllərində regiona baş çəkəcəklər.

Bradtke, həmçinin, bildirib ki, ATƏT-in dekabr ayında Qazaxıstanda keçiriləcək sammiti çox mühüm hadisə olacaq: «Burada Azərbaycan və Ermənistan prezidentləri Avropanın və Şimali Amerikanın dövlət rəhbərləri ilə bir masa arxasında oturacaqlar. Şübhəsiz ki, münaqişə tərəflərinin mövqelərindəki fərqlər bir daha diqqət mərkəzində olacaq. Prezidentlər bu prosesi necə inkişaf etdirmək planları barədə dünya birliyinə məlumat verməli olacaqlar. Düşünürəm, burada müəyyən irəliləyiş əldə etmək mümkün olacaq. Biz son səfərimiz zamanı tərəflərə hansı sahələrdə razılaşmanın əldə olunmasının mümkünlüyü barədə məlumat vermişik. Biz bu məsələləri bir daha Nyu-Yorkda müzakirə edəcəyik. Bu mərhələdə sülh prosesini irəlilətmək üçün tərəflərdən konstruktiv addımlar gözləyirik».

Bu arada Azərbaycanın Xarici İşlər nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, nazirlərin görüşü ilə bağlı hələlik ortada təsdiqlənmiş qrafik yoxdur.
Amerikalı həmsədr atəşkəsin pozulması məsələsinə də toxunub, bildirib ki, hər iki tərəfdə ziddiyyətli məlumatlar var : «Mən başa düşdüm ki, danışıqlar prosesini irəlilətmək üçün iki tərəfin ortaq məxrəcə gətirilməsi məqsədilə uzun müddət iş aparmaq lazım gələcək... Yol vermək olmaz ki, təmas xətti regionun insanlarının sərbəst hərəkətini məhdudlaşdıran daimi hasar kimi qalsın. Biz vəziyyətin ciddiliyinin şahidi olduq».

Günün bütün mövzuları

XS
SM
MD
LG