Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Fransada niqabı qadağan edən qanun qəbul olundu


Fransa Parlamenti ictimai yerlərdə burqa- niqab geyməyi qadağan edən qanunu qəbul elədi. İndi qanun Konstitusiya Şurasında bir ay ərzində qanun haqda rəy verməlidir.

Əgər hər hansı yuxarı qurum tərəfindən veto edilməzsə, qanun yeni ildən qüvvəyə minəcək.

Qanunun mətnində islamın adı çəkilmir, sadəcə qadının üzünü tam örtən geyimlərin ictimai yerlərdə qadağan edilməsindən danışılır. Nikola Sarkozi hökuməti bu qanunun müsəlman qadınların hüquqlarını bərpa etmək məqsədiylə dəstəklədiklərini deyirlər.

Qanuna əsasən, niqab geyən qadınlara altı ay ərzində niqabın üzü həbs elədiməsi haqda məlumatlandırılacaqlar. Və əgər bundan sonra da qadın niqab geyməyə davam edərsə, 150 avro cərimələnəcək. Yaxud, məcburi şəkldə vətəndaşlıq kurslarına getməli olacaq.

Hər hansı bir qadını niqab geyməyə məcbur edən kişi isə buna görə ya 30 min avro cərimə ediləcək, ya da 1 həbs cəzasıyla cəzalandırla biləcək.
XS
SM
MD
LG