Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:48

Moskvada yeni məscid tikintisinə etirazlar


Moskvadanın cənub-şərqindəki Tekstilşiki rayonunun 1000-ə yaxın sakini burda məscid tikilməsinə etiraz olaraq imza toplayıblar.

Məscidə qarşı çıxanlar deyirlər ki, onlar istirahət imkanları və itlərinin gəzdirilməsinin məhdudlaşdırılmasından narahatdırlar. Çünki islama görə itlər natəmiz heyvanlardır və məscid yaxınlığına buraxılmaya bilər.

Yerli hakimiyyət orqanları bu ərazidə kilsənin tikintisinə icazə verməsələr də, məscid tikintisinə icazə veriblər. Bu məscid 3 min insana xidmət göstərəcək.
XS
SM
MD
LG