Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51
«Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacaq».

Sentyabrın 14-də prezident İlham Əliyev Bakıda Rumıniya və Gürcüstan prezidentləri ilə birgə mətbuat konfransında belə deyib.

Sentyabrın 14-də həmçinin «Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector» (AGRİ) layihəsinə həsr olunmuş görüşdə dövlət və hökumət başçıları bəyannamə imzalayıblar.

Prezident İlham Əliyev deyib ki, tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin həyata keçirilməsinin vacib şərtidir:

«Biz burada tarix yazırıq. Şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri var və bu kəmərlər ölkənin neft və qazını müxtəlif istiqamətlərə nəql edir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Milli təhlükəsizliyin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi indi dünyada vacib amildir».

Gürcüstan prezidenti Mixeil Saakaşvili AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa Birliyinə üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcək.

Rumıniya prezidenti Trayan Besesku bildirib ki, bu layihənin icrası Avropa Birliyinin «Şərq tərəfdaşlığı» proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır.

Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcəkdir:

«Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG