Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

İranda həbsdə olan amerikalı azadlığa buraxılıb


Ötən il İraq-İran sərhədində həbs edilən amerikalı Sara ŞOurd azadlığıa buraxılıb. İranın rəsmi ingilis dilli televiziyası bu məlumatı yayıb. Şourdun vəkili Məsud Şafeyi Röytersə deyib ki, Saranı Tehrandkı Evin həbsxanasından azad ediblər.

32 yaşlı Sara digər iki yoldaşı ilə birlikdə İran əleyhinə casusluqda ittiham edilirdi. Səhhətində problemlər olan Saranın 500 min dollar müqabilində zaminə buraxılması haqda qərar verilmişdi. Amerikalının ailəsi isə bu qədər imkanlarının olmadığını və məbləği azaltmağı xahiş etmişdi. Hələ ki, girovun ödənilib-ödənməməsi haqda məlumat yoxdur.
XS
SM
MD
LG