Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:18
"Bu əməliyyat məni yaman zəiflədib. Ağrılarım çoxdur. Özümü o qədər də yaxşı hiss etmirəm".

Bunu Lent.az-a Türkiyənin "Amerikan" xəstəxanasında böyrəyindən əməliyyat olunan xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib. Artıq bir neçə gündür, Bakıya qayıdan şair burada da həkim nəzarətindədir.

Ancaq buna baxmayaraq, havaların qəfil soyuması da onun səhhətinə mənfi təsir göstərib: "Havaların soyuması da mənə pis təsir göstərdi. Özümü soyuğa verdim. Bu da ağrılarımın bir az daha artmasına səbəb oldu.

Hələ tikişlər də sökülməyib. Sentyabrın 15-də tikişlər söküləndən sonra vəziyyətimin bir az düzələcəyinə inanıram".

Z.Yaqubun sözlərinə görə, onun işə qayıtması da səhhətindən asılıdır.

Şair özünü yaxşı hiss edən kimi yenidən işinin başına dönməyə çalışacaq: "Xəstəlik məni yenmək istəyir, amma alınmayacaq. Gərək ağrılara qalib gəlim.

Çünki mən mübariz adamam. Ruhum cismimdən daha güclüdür. Ümid edirəm ki, tezliklə toparlanıb ayağa qalxacağam.

Fürsətdən istifadə edib, sizin vasitənizlə səhhətimlə maraqlanan, mənə görə narahat olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG