Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:21

500 min dollar girov müqabilində azadlıq


Şayn Bauer, Coş Fattal və Sara Şourd
Şayn Bauer, Coş Fattal və Sara Şourd
Tehran amerikalı Sara Şourdu girov müqabilində azadlığa buraxacaq. İranın dövlət nəzarətində olan ingilisdilli Press TV Tehran prokuroruna istinadən belə xəbər verib.

Tehranın prokuroru general Abbas Cəfəri Dolatabadi deyir ki, onun vəkilləri artıq məlumatlandırılıb ki, o, 500 min dollar girov müqabilində azadlığa buraxıla bilər. Şourd 2009-cu ildə İraq-İran sərhəddini qeyri-qanunu keçən amerikalı Şayn Bauer və Coş Fattala birgə həbs edilib.

Prokuror bildirib ki, girov şərti Şourda İranı tərk etməyə qadaga qoymur.

Tehranın Evin həbsxanasında saxlanan üç amerikalı sərhəddi qanunsuz keçməkdə və casusluqda ittiham olunur.

SƏRHƏDDİ SƏHVƏN KEÇİBLƏR?

Üçlük ittihamları rədd edir və deyirlər ki, İraqın Kürdüstan vilayətinə səfərləri zamanı səhvən sərhəddi keçiblər. Rəsmi Vaşinqton da ittihamları əsassız sayır.

Dolatabadi deyir ki, Şourdun girov müqabilində azadlığa buraxılması onun sağlamlığı ilə bağlıdır.

Şourdun anası Noraya görə, 32 yaşlı qızının sağlamlığı təhlükə qarşısındadır. O, bir neçə xəstəlikdən, o cümlədən, xərçəngdən əziyyət çəkir.

Şourdun senytabrın 11-də, Ramazan ayının sonuncu günündə buraxılması gözlənirdi.

Amma Tehran prokuroru deyir ki, Şourdun azadlığa buraxılması texniki-hüquqi prosedurlara görə ləngiyib.

Dolatabadi onu da nəzərə çatdırdı ki, Şourdun azadlığı buraxılması onun məhkəməyə gəlməməsi demək deyil. O, digər iki yoldaşı ilə birgə məhkəmə qarşısında cavab verəcək.

Sara Şourd və anası Nora Şourd - 21 may 2010
Şourdun vəkili Məsud Şəfi deyir ki, Saranın yaxın iki-üç gün ərzində evinə dönə biləcəyinə ümid edir.

İSVEÇRƏ SƏFİRLİYİ GİROV MƏBLƏĞİNİ ÖDƏMƏYİ ÖZ ÖHDƏSİNƏ GÖTÜRÜB


Vəkilin sözlərinə görə, ABŞ-ın İrandakı maraqlarını ifadə edən İsveçrənin bu ölkədəki səfirliyi girov məbləğini ödəməyi öz öhdəsinə götürüb. İran və ABŞ arasında birbaşa diplomatik əlaqələr yoxdur.

Vəkil Şəfi bildirir ki, amerikalı Bauer və Fattalın həbs müddəti iki ay uzadılıb. Vəkil əlavə edib ki, məhkəmə tarixi hələ bəlli deyil.

İranın güzəştə getmək istəməyən prezidenti Mahmud Əhmədinejad təklif edib ki, üç amerikalı ABŞ-da həbs edilmiş üç İran vətəndaşı ilə dəyişdirilsin.

İranlı araşdırmaçı Şahram Əmirinin Vaşinqtondan evə qayıtmasından sonra məhbusların dəyişdirilməsi ilə bağlı məsələ gündəmə gəlib.

Əmiri 2009-cu ildə Səudiyyə Ərəbistanında itmişdi və ABŞ-da üzə çıxmışdı. O, iddia etmişdi ki, Birləşmiş Ştatların kəşfiyyat agentləri onu zorla qaçırıb.

ƏMİRLƏ ÜÇ AMERİKALININ HADİSƏSİ ARASINDA BAĞLILIQ YOXDUR


Hər halda Tehran prokuroru İran mətbuatına bildirib ki, Əmirlə üç amerikalının hadisəsi arasında bağlılıq yoxdur.

O, Şourdun və digər iki amerikalının casusluq ittihamının hələ də qüvvədə olduğunu bir daha vurğulayıb.

İranın xarici işlər naziri deyib ki, casusluq ittihamı istintaq tərəfindən araşdırılır və hələ ki, təsdiqlənməyib. «Əsas ittiham sərhəddi qanunsuz keçməkdir», - nazir belə deyib.

ABŞ prezidenti Barak Obama və digər rəsmilər, o cümlədən hüquq müdafiəçiləri Tehranı üç amerikalını həbsdən azadlığa buraxmağa çağırıb.

Bu ilin mayında İran rəsmiləri icazə vermişdi ki, üç amerikalının anası övladları ilə görüşmək üçün Tehrana gələ bilərlər.

/Tərcümə etdi: Səadət Akifqızı/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG