Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:18

Sentyabrın 15-də polis gücləndirilmiş iş rejimində işləyəcək



Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, tədbirlər planı 2010 -2011-ci dərs ilin başlanması ilə əlaqədar paytaxtda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hazırlanıb.

Tədbirlər planına əsasən, sentyabrın 15-də Bakıda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində və təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə post-patrul xidmətlərinin yerləşdirilməsi nəzərdə tutulub.

Həmçinin yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt küçələrində avtomobil tıxaclarının qarşısını almaq məqsədilə yol polislərinin ayrılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.

Tədbirlər planına uyğun olaraq, texniki və yanğından mühafizənin vəziyyətini araşdırmaq məqsədilə aidiyyəti qurumların iştirakı ilə bütün təhsil müəssisələrinə baxış keçirilib.


XS
SM
MD
LG