Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:28

Kuba hökuməti 100 minlərlə işçini ixtisar edəcək




Kubanın kommunist hökuməti 100 minlərlə işçini ixtisara salacaq və ya işdən azad edəcək və onların özəl müəssisələrdə iş tapması üçün məhdudiyyətləri azaldacaq.

Ölkənin yeganə peşə birliyi olan Kuba İşçiləri Federasiyası deyib ki, gələn ildən 500 min adam iş yerini itirə bilər. Kuba işçi qüvvəsinin 85 faizi, təxminən 5 milyon adam indi dövlət işindədir.
İslahatlarla bağlı plan prezident Raul Kastronun hakimiyyəti 2008-ci ildə qardaşı Fidel Kastrodan təhvil alandan sonra başlayıb.


XS
SM
MD
LG