Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:52

«Bu, Türkiyədə demokratiyanın inkişafını əngəlləyəcək»


Sinan Oğan
«Konstitusiya dəyişikliyi ilə Türkiyənin Avropa Birliyinə giriş mücadiləsi arasında hər hansı bir əlaqə yoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan deyib. Onun sözlərinə görə, Türkiyənin Avropa Birliyinə qəbul olunmamasının başqa səbəbləri var:

«Yəni, ordakı heç bir maddə bizim Avropa yolumuzu açacaq bir maddə deyil. Türkiyənin Avropa Birliyinə üzv olmamasının başqa səbəbləri var».

S.Oğan deyib ki, bu dəyişikliklər Türkiyəyə çoxdan lazım idi. Amma bunu elə etmək olardı ki, heç olmasa xalqın 70-75 faizi dəyişikliklərlə razılaşsın.

Sinan Oğan deyib ki, bu dəyişiklliklərlə bağlı fikir ayrılığı toplum içində bölünmə yaradacaq, çoxlarının narazılıq etdiyi iki maddənin qəbulu Türkiyədə demokratiyanın inkişafını əngəlləyəcək:

«İqtidar partiyasının Türkiyədəki yüksək öyrətim kurulu, digər bürokratik orqanlar, ordu , polis və nəhayət, məhkəmə üzərində təsiri Ana Yasa dəyişikliyi maddəsindən sonra daha da dərinləşəcək. Bu da əlbəttə ki, iqtidar partiyasının Türkiyədə hər zaman var olan güclər ayrılığı prinsipini - yaşama, yürütmə və məhkəmə arasındakı güclər ayrılığı prinsipini - ortadan qaldıracaq. Bu isə demokratiyanı irəliyə deyil, geriyə aparacaq».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxam Şahinoğlu isə deyir ki, bu fikir ayrılığının Türkiyəni parçalaya biləcəyini düşünmür:

Elxan Şahinoğlu
«Mən düşünmürəm ki, Konstitusiyaya referendum yolu ilə edilən indiki dəyişikliklər Türkiyəni parçalaya bilər. Avropa Birliyindən, Amerikadan artıq müsbət reaksiyalar var. Bundan sonra iqtisadiyyatda da müəyyən irəliləyişlər ola bilər. Ancaq düşünürəm ki, hakim partiya gərək konsensus əsasında bu referendumu qəbul edərdi. 58 faiz səslə keçdi. Amma 42 faiz əleyhinə çıxdı. Bu da kiçik rəqəm deyil».

E.Şahinoğlu dəyişikliklərin bir növ iqtidarın özünü sığortalaması kimi anlaşıldığını deyib:

«Həmin o maddə var ki, hərbçiləri mülki hüquqa və mülki məhkəmələrə cəlb etmək olar, bu ona görə lazım olub ki, hərbçilər, yüksək rütbəli generallar çevriliş barədə düşünməsinlər. Onsuz da dünya qloballaşıb. Türkiyə də bu qlobal dünyanın bir hissəsidir. Onsuz da bu çevrilişlərin olması az idi. Amma indiki dəyişikliklərlə bu ehtimal daha da azalıb».

XS
SM
MD
LG