Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39
Sentyabrın 17-də saat 15:00-da həbsdəki blogger Adnan Hacızadənin apelyasiya şikayətiylə bağlı məhkəmə prosesi keçiriləcək. Bu barədə AzadlıqRadiosuna Bakı Apelyasiya Məhkəməsindən bildiriblər.

Qaradağ rayon Məhkəməsi Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib.

O, cəzasının tən yarısını çəkib.

Adnan Hacızadə və digər blogger Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb.

Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG