Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Adnan Hacızadənin məhkəməsi sentyabrın 17-də keçiriləcək



Sentyabrın 17-də saat 15.00-da həbsdəki bloqqer Adnan Hacızadənin apelyasiya şikayətiylə bağlı məhkəmə prosesi keçiriləcək. Bu barədə AzadlıqRadiosuna Bakı Apelyasiya Məhkəməsindən bildiriblər.

Qaradağ rayon məhkəməsi Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib.

O, cəzasının tən yarısını çəkib.

Adnan Hacızadə və digər bloqqer Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.
XS
SM
MD
LG