Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:22

“ABU-nun divarındakı elan qanunsuzdur”



“Bu cür qanunsuzluqları davam etdirsə, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitet barəsində müvafiq konkret addımlar atılacaq”. Bu sözləri APA-ya açıqlamasında Təhsil Nazirliyinin İcra Aparatının baş məsləhətçisi İlyar Vahabov deyib. Onun sözlərinə görə, ABU rəhbərliyi məktəb divarlarına məktəbin fəaliyyətinin davam edilməsi və tələbələrin sentyabrın 15-dən dərsə gəlmələri ilə bağlı qanunsuz elanlar yapışdırıb. Artıq bununla bağlı nazirlik məktəb rəhbərliyinə rəsmi xəbərdarlıq edib.

ABU-nun fəaliyyətinin bərpasının nəzərdə tutulmadığını deyən nazirlik rəsmisi bunu cəfəngiyat adlandırıb. İ. Vahabov əlavə edib ki, ABU-nun tələbələrinin digər ali məktəblərə köçürülmə prosesi hazırda davam edir. Köçürülmüş tələbələr təhsil haqlarını ödəmək, qeydiyyatdan keçməklə sentyabrın 15-dən həmin ali məktəblərdə təhsillərini davam etdirə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG