Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:03

İranda həbsdə olan Saranın ailəsi yarım milyon dollarlıq girovu ödəyə bilmir



İranda həbs olunan amerikalı Sara Şourdun vəkili deyir ki, onun ailəsi girov məbləğini aşağı salmaq üçün hökumət orqanlarına müraciət edib. Çünki ailə 500 min dollarlıq girov ödəmək imkanında deyil.
Vəkil Məsud Şəfi bildirib ki, İranda ABŞ maraqlarını da ifadə edən İsveçrə diplomatları Sara Şourd üçün tələb olunan girov məbləğinin aşağı salına bilib-bilməyəcəyi ilə maraqlanırlar.
Vəkilin sözlərinə görə, açıq-aydın görünür ki, 32 yaşlı Saranın ailəsi 500 min dollarlıq girovu ödəməyə çətinlik çəkir.
Məsud Şəfi deyir ki, İran rəsmilərindən hələ cavab almayıb.
İran məhkəməsi bazar günü Saranın sağlamlığı ilə bağlı yaranan problemləri nəzərə alıb onun girov müqabilində azad olunmasına qərar verib.
Şourd 2009-cu ildə digər iki amerikalı ilə birgə İran- İraq sərhədini qeyri-qanuni pozmaqda suçlandırılır.

XS
SM
MD
LG