Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Fransada miqrasiya və vətəndaşlıq istəyənlərin sayı xeyli artıb


Fransada qanuni miqrasiya və vətəndaşlıq istəyənlərin sayı son səkkiz ayda xeyli artıb. Bu barədə ölkənin immiqrasiya nazirliyinin yaydığı məlumatda bildirilir ki, qaraçıların kütləvi şəkildə Fransadan çıxarılmasına baxmayaraq, son səkkiz ayda 122 mindən çox mühacirə ölkədə məskunlaşmağa icazə verilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb.

Onların arasında 29 mindən çoxu sığınacaq üçün, 6 mindən çoxu isə qaçqın statusu ilə müraciət edən adamlardır.

İmmiqrasiya naziri 1000 nəfərlik əlavə qəbul yeri yaradıldığı barədə göstəriş verdiyini bəyan edib.

Fransa insan axınının qəbuluna görə Avropada birinci, dünyada isə ikinci yeri tutur. Eyni zamanda Fransada 19 min adamın qeyri-qanuni məskunlaşdığı da bildirilir.

Nazirlik ilin sonunadək 28 min insanın Fransada yaşamaq üçün müraciət edəcəyinin proqnozlaşdırıldığını da qeyd edib.
XS
SM
MD
LG