Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

Azərbaycana gəlmək istəyənlərə viza verilməsi qaydaları dəyişir


Prezident İlham Əliyev Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi qaydalarında dəyişikliklər nəzərdə tutan fərman imzalayıb.

Fərmanda qedy edilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycanın dövlət orqanlarının dəvəti olduqda ölkəyə gəlmək üçün viza üçün birbaşa Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.

Həmçinin Azərbaycana səfər etmək istəyənlər dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar olanda da viza almaqdan ötrü Xarici İşlər Nazirliyinə müraciət edirlər. Bundan savayı əcnəbilər Azərbaycan yaşayan yaxınlarından kiminsə ölümü haqqında əllərində şəhadətnamə olarsa da viza üçün Xarici İşlər Nazirliyinə müraciət edirlər.

Fərman bu il oktyabrın 15-dən qüvvəyə minəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG