Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Salman Rüşdi Quranın yandırılmasına qarşı çıxır


“Şeytan ayələri” kitabının müəllifi, qalmaqallı Britaniya yazıçısı Salman Rüşdi Nyu-Yorkda - 11 sentyabr terrorunun törədildiyi əraziyə yaxın yerdə məscid tikilməsini dəstəkləyir. (New York Post)

Onun fikrincə, məscidin tikilməsinə etiraz edənlər “axmaq arqumentlər” gətirirlər.

Son sorğulara görə, amerikalıların çoxu məscidin tikintisinə qarşı çıxır, son həftələrdə ərazidə dəfələrlə piketlər keçirilib, etirazçılar məscidin 11 sentyabr qurbanlarının xatirəsinə hörmətsizlik olacağını, müsəlman fanatiklər üçün “zəfər səcdəgahına” çevriləcəyini bildirirlər.

Bruklin Kitab Festivalında iştirak edən Rüşdi sentyabrın 10-da bildirib ki, etirazçıların məscidin terror törədilən əraziyə yaxın olması ilə bağlı arqumenti absurddur, çünki 11 sentyabrda terrorçuların təyyarəni çırpıb uçurduqları Dünya Ticarət Mərkəzinin içində də məscid olub.

Yazıçı floridalı keşişin Quranı yandırmaq planlarının da əleyhinə çıxıb. (Keşiş artıq öz niyyətindən vaz keçdiyini bildirib.

“Mən ümumiyyətlə kitabların yandırılmasına qarşıyam”.

İranın keşmiş ali dini lideri Ayətulla Xomeyni "Şeytan ayələri" kitabında İslamı və Məhəmməd Peyğəmbəri təhqir etməsi iddiası ilə Salman Rüşdinin ölümünə fitva vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG