Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:03

Kəşmirdə toqquşmalarda azı 16 nəfər həlak olub


Hindistanın nəzarətində olan Kəşmir əyalətində etiraz aksiyası iştirakçıları ilə polis arasında toqquşmada azı 16 nəfər həlak olub. ABŞ-da islamın müqəddəs kitabı olan “Quran”ın yandırılması cəhdinə etiraz olaraq aksiya keçirmək istəyən sakinlərə yerli hakimiyyət icazə verməyib. Amma küçəyə çıxmaq qadağasını pozaraq hökumət idaryerli hökumət idarələrinin binalarını daşa basıb, yandırıblar.

ABŞ əleyhinə şüarlar sələndirən sakinlər şəhərdəki bir xristian missioner məktəbini yandırıblar. Amma məktəbdə xəsarət alan olmayıb.

Etirazlar İranın Press TV kanalının həftəsonu ABŞ-da “Quran”ın təhqir edilməsi barədə məlumat yaymasından sonra alovlanıb.
XS
SM
MD
LG