Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:36

Klinton Yaxın Şərqə səfərə çıxır


ABŞ Dövlət Katibi Hillari Klinton sentyabrın 13-də İsrail-Fələstin sülh danışıqlarının yenilənməsi təşəbbüsü ilə Yaxın Şərqə səfərə çıxıb. O, İsrailin Baş naziri Benyamin Netanyahu və fələstin lideri Mahmud Abbasla görüşəcək, bunun ardınca da çərşənbə günü Misirə gedəcək.

Gələn həftə New Yorkda BMT Baş Assambleyasının iclasında prezident Barak Obamanın da İsrail və Fələstin liderləri ilə görüşəcəyi gözlənir.

Ötən bazar günü Netanyahu Qərb Sahilində məskunlaşma üçün evlərin tikilməsi planının qismən dayandırılmasına razılaşıb. Amma o, planın büsbütün dondurulması tələblərini rədd edib. Prezident Obama ötən həftə yenidən Netanyahudan bu binaların tikilməsinə qoyulan moratoriumun müddətinin uzadılmasını istəmişdi.

Son iki ildə ilk dəfə Mahmud Abbas və Benyamin Netanyahu sentyabrın 3-də Vaşinqtonda görüşüb birbaşa sülh danışıqlarını bərpa ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG