Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:22

Daha iki İran diplomatı siyasi sığınacaq istəyir


İranın Finlandiyadakı səfirliyinin yüksək rütbəli diplomatlarından biri olan Hüseyn Əlizadə sentyabrın 13-də Helsinkidən siyasi sığınacaq xahiş edib. Diplomat ölkəsinin müxalifət qrupularına qoşulduğunu bəyan edib.

İran səfirliyini ötən həftənin cümə günü tərk edən diplomat prezident Mahmud Əhmədinejadı 2009-cu ilin iyununda keçirilən seçkilər zamanı saxtakarlığa yol verməkdə, müxalifət lideri Mirhüseyn Musəvinin qələbəsini oğurlamaqda ittiham edib. O, Finlandiya rəsmilərinə bildirib ki, hələlik “işgəncələr paytaxtı” Tehrana qayıda bilməz. Hələlik Finlandiya rəsmiləri İran diplomatı ilə bağlı yaranan yeni vəziyyəti şərh etməyiblər.

İranın Belçikadakı səfirliyinin mətbuat katibi Fərzad Fərhangiyan da sentyabrın 10-da vəzifəsini tərk edərək təkbaşına siyasi sığınacaq xahişi ilə Norveçə - Osloya uçub. O, müxalifət cəbhəsinə qoşuylduğunu elan edib.

Bu ilin yanvarında İranın Norveçdəki səfirliyinin də yüksək rütbəli rəsmisi Məhəmməd Rza Heydəri vəzifəsindən istefa verərək müxalifətin tərəfinə keçdiyini bəyan edib, Norveç hökumətindən ona siyasi sığınacaq verilməsini xahiş etmişdi. O, İranın başqa ölkələrdəki diplomatlarını da Əhmədinejadın rekiminə xidmət etməməyə çağırırdı.
XS
SM
MD
LG