Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:20
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 13-də müxalif «Demokratiya», «İslahat» və «AXCP-Müsavat» seçki bloklarını qeydiyyata alıb.

«Hər üç blok seçki qanunvericiliyinin tələbinə uyğun yaradılıb», - deyə MSK-nın iclasında Komissiyanın katibi Natiq Məmmədov bildirib.

Müzakirələrin nəticəsində blokların qeydiyyatı barədə qərar qəbul edilib.

MSK-nın ötən şənbə keçirilən iclasında həmçinin «Qarabağ» və «İnsan naminə» seçki blokları da qeydiyyata alınıb.

«İslahat» seçki blokunu BAXCP, BQP, Ədalət və Təkamül partiyaları, «Demokratiya» blokunu Demokratik İslahatlar və Vətəndaş Həmrəyliyi partiyaları, «AXCP-Müsavat» seçki blokunu isə AXCP və Müsavat partiyaları yaradıb.

Azərbaycanda parlament seçkilərinin bu il 7 noyabrda keçirilməsi nəzərdə tutulur. Sentyabrın 3-də seçki kampaniyasına rəsmi start verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG