Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:11
BMT-nin insan haqları üzrə nümayəndəsi Navi Pillav insan haqlarının vəziyyətinə görə Azərbaycanı və Rusiyanı tənqid edib. O, sentyabrın 13-də BMT-nin 47 dövlətin daxil olduğu İnsan Haqları Şurasına müraciətində Azərbaycanda və Rusiyada insan haqları fəallarının qətlə yetirilməsi, onlara qarşı hücumların araşdırılması sahəsində olduqca az irəliləyişdən məyus olduğunu deyib.

Xanım Pillav İran, İraq və Somalini də insan haqları fəalları, vəkillər və mətbuat nümayəndələrinə qarşı zorakı hücumlara görə tənqid edib.

BMT-nin nümayəndəsi Fransanı romaları ölkədən çıxaran zaman, ABŞ-ı isə terror hadisələrində şübhəli bilinən öz vətəndaşları ilə davranış vaxtı insan haqlarını pozmaqda ittiham edib.

Hələlik tənqid hədəfləri olan ölkələrdən bu ittihamlara rəsmi reaksiya səslənməyib.

Şərhləri göstər

XS
SM
MD
LG