Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:10

Azərbaycanda yaxın illərdə enerji təchizatı sahəsində standartlar yenilənə bilər



2011-2013-cü illərdə Azərbaycanda enerji təchizatı sahəsində 70 standart tətbiq ediləcək. Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) texniki tənzimləmə və standartlaşma şöbəsinin rəhbəri Sabiq Abdullayev bildirib.
Azərbaycanın sənaye və energetika sektorunda enerjinin qənaətli istifadəsini nəzərdə tutan yeni standratların tətbiqi Dövlət Komitəsinin hazırladığı dövlət proqramında nəzərdə tutulub.
Abdullayevin sözlərinə görə, yeni texnologiyaların tətbiqini nəzərdə tutan yeni standartlar enerji sərfini 30% azaltmaq imkanı verəcək.
Azərbaycan Dövlət Neft Şirkəti öz istehsal obyektlərində enrjiyə qənaət edən texnologiyaların tətbiqi üçün müəyyən işlər görür. Məsələn, burada közərmə lampaları lümenesentlərlə, enerji tutumlu mühərriklər daha qənaətlilərlə əvəzlənir.
* Rusiyanın özəl neft şirkəti olan "Lukoyl" öz obyektlərində közərmə lampalarını dəyişəndən sonra 2009-cu ildə $1,3 mln-a qənaət edib
XS
SM
MD
LG