Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:05

Dağıstanda üç döyüşçü də öldürülüb



Bu gün Dağıstanın Komsomol kəndi yaxınlığında üç şübhəli şəxs öldürülüb. Rusiya rəsmilərinin verdiyi məlumata görə, bu gün səhər milis kənd yaxınlığındakı döyuşçülərin gizləndiyi evi mühasirəyə alıb. Daxili işlər nazirliyinin sözçüsü deyib ki, döyüşçülər təslim olmaqdan imtina edib və onları döyüşü dayandırmağa çağıran kənd icra nümayəndəsini öldürüblər.
Toqquşmada iki milis öldürülüb.
Komsomol kəndi Çeçenistanla sərhəddə yerləşir.
Bazar günü Mahaçqalada terrorçuluqla mübarizə şöbəsinin rəisi öldürülüb.
Dağıstan hüquq mühafizə orqanlarının məlumatına görə, bu gün səhər naməlum adamlar onun maşınını atəşə tutublar. Milis qətldə şübhəli bilinən 8 döyüşçünü öldürüb.

XS
SM
MD
LG