Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:13

"Qeyri-neft ixracı güclənməlidir ki, Azərbaycan yuxarı-orta gəlirli ölkəyə çevrilsin"




Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Lö Ueru Azərbaycanda səfərdədir.

Dünya Bankının Bakı ofisindən «APA-ya verilən məlumata görə, sentyabrın 15-dək davam edəcək səfərin məqsədi Azərbaycandakı sosial-iqtisadi inkişafla tanış olmaq, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr aparmaqdan ibarətdir.

«Azərbaycan son bir neçə il ərzində misli görünməmiş iqtisadi artım nümayiş etdirib və bu, yoxsulluğun əhəmiyyətli dərədə azalması ilə nəticələnib. İndi qarşıda duran vəzifə iqtisadiyyatı şaxələndirmək və qeyri-neft ixracını təşviq etməkdir ki, Azərbaycan ortamüddətli perspektivdə güclü, yuxarı-orta gəlirli ölkəyə çevrilə bilsin», - deyə Filip Lö Ueru bildirib.

Dünya Bankı hazırda ölkədə ümumi dəyəri təxminən 2 mlrd. dolları təşkil edən 20 layihəni maliyyələşdirir. Bu layihələr nəqliyyat, su və kanalizasiya, kənd təsərrüfatı və suvarma, səhiyyə və təhsil kimi sahələri əhatə edir.

XS
SM
MD
LG