Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:23

Bakıda energetika nazirlərinin görüşü keçiriləcək


Sentyabrın 13-ü Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya energetika nazirlərinin mayeləşdirilmiş qaz kəməri layihəsinə həsr olunmuş görüşü keçiriləcək. Sənaye və Energetika nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin AzadlıRadiosuna verdiyi məlumata görə, bu görüş sentyabrın 14-də Bakıda üç ölkə prezidentlərinin iştirakı ilə keçiriləcək enerji sammitinə hazırlıqla bağlıdır.

Üç ölkənin həyata keçirdiyi layihəyə əsasən Azərbaycan qazı Gürcüstan limanlarında mayeləşdiriləcək və daha sonra Rumıniyanın Konstansa limanına daşınacaq. Orada emal olunandan sonra Rumıniyanın qazpaylayıcı şəbəkəsinə daxil olacaq.

Layihəyə Macarıstanın qoşulması da nəzərdə tutulub.
Sentyabrın 14-də prezidentlərin Bakıda keçiriləcək zirvə görüşündə birgə bəyannamənin imzalanacağı gözlənilir.
XS
SM
MD
LG