Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:54

Gəncədə “Çökək hamam”ın maketi hazırlanır



Bu barədə maketin müəllifi, zərgər Arzu Əliyev bildirir ki, 4 aya hazır olan maketə 1,5 kiloqram mis, 200 qram gümüş və digər qiymətli metallar işlədib.
AzərTAc bildirir ki, təxminən 3 kiloqram çəkisi olan fiqurun eni 11, uzunluğu 25, hündürlüyü isə 5 santimetrdir. Maket qalınlığı 1, uzunluğu 3 millimetr olan 1500 ədəd mis “kərpiç”lə hörülüb. Dam hissəsi isə mərmər və gümüş tozu ilə işlənmişdir
On iki ildir ki, zərgərlik sənəti ilə məşğul olan Gəncə şəhər sakini Arzu Əliyev 2 il əvvəl Şah Abbas Məscidinin də maketini hazırlaıb. Bu maket isə 8 aya başa gəlib və 15 qram 583 əyarlı qızıl, 900 qram gümüş, 302 qram mis, sink və tunc işlətmişdir. Hazırda zərgər şəhərdəki “Uğurlu bəy karvansarayı” üzərində araşdırmalar aparır. A.Əliyev yaxın günlərdə karvansarayın maketi üzərində işə başlayacaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG