Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:43

Gürcüstanda 90 min adam işıqsız qalıb


Gürcüstanın qərbində 90 mindən artıq adam işıqsız qalıb.

Buna səbəb hələ də əsməkdə olan güclü külək olub.

Külək bərpa işlərini də əngəlləyir.

İmereti regionu ilə Kutaisi şəhərinə daha çox ziyan dəyib.

Külək bu bölgələrdə evlərin damını atıb, ağacları sındırıb.

Kutaisi-Baqdadi yolunda hərəkət müvəqqəti dayanıb.
XS
SM
MD
LG