Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:04

İslam Mərkəzi tikilsin, ya tikilməsin?


11 Sentyabr terror hadisəsinin 9-cu ildönümündə hadisənin baş verdiyi ərazidə - Nyu-Yorkun Manhattan hissəsində İslam Mərkəzinin tikilməsi təklifi ortaya atılandan yerli əhali iki cəbhəyə bölünüb.

İslam Mərkəzinin tərəfdarları və əleyhdarları arasında bir neçə küçə qarşıdurması da baş verib.

Əlbəyaxa döyüşlər baş verməsə də, kəskin gərginlik var. Tərəfdarlar deyirlər ki, İslam Mərkəzini tikməklə bütün dünyaya Amerikanın dini tolerantlığını və demokratiya öhdəliyini göstərmiş olarlar.

Layihənin əleydarları isə deyirlər ki, terror törədilən ərazidə - «Ground Zero»da məscidin və İslam Mərkəzinin inşası nəinki həmin hadisə nəticəsində ölənlərin xatirəsinə təhqir, həm də radikal islam üçün böyük qələbə olar.

«BURA MƏSCİD ÜÇÜN UYĞUN YER DEYİL»

31 yaşlı yazıçı Maykl layihə tərəfdarlarını Birləşmiş Ştatlarda ziddiyyət yaratmaqda günahlandırır:

«Bu bir faktdır ki, Nyu-Yorkda məscid çoxdur, bu isə məscid deyil, mərkəzdir və insanların buna görə məyus olmaqlarının yeganə səbəbi tərəfdarların siyasəti və buna tərəfdar çıxan mediadır».

58 yaşlı memar Patrik «Ground Zero» məscid tikmək üçün uyğun yer deyil» fikrində olanlara münasibət bildirərkən deyir:

«Biz Nyu-Yorkda – burda məscid tikintisinə qarşı çıxmalıyıq. Bu, qeyri-həssas məsələdir, imam radikaldır və biz bilirik ki, əksər terror fəaliyyətləri məscid daxilində radikal imamlardan törəyir. Bura məscid üçün uyğun yer deyil».

RƏSMİLƏR LAYİHƏNİ DƏSTƏKLƏYİR: «BİRLƏŞMİŞ ŞTATLARIN İSLAMLA DÜŞMƏNÇİLİYİ YOXDUR»

Barak Obama: «Birləşmiş Ştatların islamla düşmənçiliyi yoxdur»
İslam Mərkəzinin tikilməsi təklifi prezident Barak Obama tərəfindən də dəstəklənib. O, «Birləşmiş Ştatların islamla düşmənçiliyi yoxdur» deyib. Layihəni Nyu-York məmurları, o cümlədən qubernator Devid Peterson və şəhər meri Maykl Blomberq də dəstəkləyiblər.

Sonuncu sorğular da göstərir ki, Nyu-York sakinlərinin 60 faizi İslam Mərkəzinin tikilməsinə qarşı çıxır, bunu terror hadisəsi zamanı ölənlərin xatirəsinə təhqir hesab edirlər.

Sorğular həmçinin göstərir ki, əsas narahatçılıq yerlə bağlıdır və əksər Nyu-York sakinləri bu binanın «Ground Zero»dan azı 10 məhəllə aralı tikilməsindən narahat deyillər.

TƏRƏFLƏRİN SONU GÖRÜNMƏYƏN MÜZAKİRƏLƏRİ


Hər iki tərəf – layihə tərəfdarları ilə əleyhdarları bir yerə toplaşıb bunu müzakirə də edirlər və bu cür yığıncaqlar çox vaxt mühafizəkar siyasi qruplar, o cümlədən «Azad Müdafiə Təşəbbüsü» və «Amerikanın İslamlaşmasına Son» adlı siyasi qruplar tərəfindən təşkil olunub.

32 yaşlı müstəqil tədqiqatçı Kristina layihə tərəfdarlarındandır. O, İslam Mərkəzinin tikilməsi üçün yer seçimini 11 Sentyabr qurbanlarının ailələrinə həvalə etməyi təklif edir:

«Bir amerikalı kimi biz bir yerə toplaşmaq, dini inanclarımızı və tənqidi fikirlərimizi ifadə etmək haqqını müdafiə etməliyik və bizim şəhərimiz üçün yetkin, sağlam qərar o ola bilər ki, onlara da orada olmağa və dini inanclarını ifadə etməyə imkan verək».

Daşınmaz əmlak brokeri 52 yaşlı Alisiya isə müxtəlif məzhəbli insanların istədikləri yerdə özlərinə bina tikmək haqqını tanıyır, amma deyir ki, bu hal istisnadır:

«Nə isə etmək olar - hələ o demək deyil ki, onu etmək düzgündür. Çünki tarix də göstərir ki, radikal müsəlmanlar həmişə zəbt etdikləri və qalib gəldikləri yerlərdə məscidlər tikdirirlər. Ona görə də, bu yerdə həmin binanın tikilməsi bizə onların 11 Sentyabr qələbəsi kimi görünür və məhz ona görə bizim buna acığımız tutur və ona görə də burdayıq».

Hər iki tərəf arasında artan emosiyalar onu göstərir ki, bu mübahisənin tezliklə sona çatacağı real deyil.

/Tərcümə etdi: Ülkər Akifqızı/

Nəzər yetir: Amerikalı pastor Quranı yandırmaq fikrindən daşınıb

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG