Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:41

Türkiyəli mütəxəssislər Ermənistana Çexiya və Gürcüstandan gedib


Türkiyənin hərbi ekspertləri NATO-nun Ermənistanda keçirdiyi təlimlərə qatılmaq üçün Ermənistana Türkiyə sərhəddindən yox, Çexiya və Gürcüstandan gediblər.

APA-nın Regnum agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan FHN-nin mətbuat katibi Nikolay Qriqoryan bildirib.

O, qeyd edib ki, Türkiyədən bu təlimlərə 10 mütəxəssis qatılıb.

"Ermənistan 2010" təlimlərində əsasən təbii fəlakətlər nəticəsində dəymiş fəsadların aradan qaldırılması öyrənilir.
Sentyabrın 11-də başlamış təlim altı gün sürəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG