Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

İranda həbsdə olan amerikalı turist azad oluna bilər


Bir ildən artıqdır ki, İranda həbsdə olan Amerika vətəndaşı Sara Şurd 500 min dollar girov qoymaqla azad oluna bilər.

İranın kütləvi informasiya vasitələri baş prokuror Abbas Cəfəriyə istinadla xəbər verirlər ki, o, bu halda ölkəni tərk edə bilər.

Sara Şurd və daha 2 amerikalı İraqla sərhəddə tutulublar.

İranın hakim dairələri onları casusluqda ittiham edir.

Vaşinton ittihamı rədd edir.

Saxlananların qohumları onların sərhəddi səhvən keçdiklərini deyirlər.
XS
SM
MD
LG