Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:45

Avropa Birliyi Türkiyə ilə əməkdaşlığı genişləndirir


Avropa Birliyi beynəlxalq siyasətdə Türkiyə ilə əməkdaşlığı möhkəmləndirmək fikrindədir.

Belə bir razılaşma Avropa Birliyi ölkələri və Türkiyə xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündə əldə olunub.

Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbər nümayəndəsi Kətrin Eşton deyib.

Avropa Birliyi xüsusilə Türkiyənin nüfuzu olduğu Yaxın Şərq sülh prosesi, İranın nüvə proqramı və Bosniya məsələlərində Türkiyə ilə əməkdaşlığa can atır.

Amma Fransa ilə Almaniya başda olmaqla bəzi Avropa ölkələri hesab edir ki, bu cür fəallıq Türkiyənin Avropa Birliyinə qoşulmasında yaşıl işıq ola bilər.

Bu ölkələr Türkiyənin birliyə qoşulmasının əleyhinədirlər.
XS
SM
MD
LG