Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:13

Nemət Pənahlı namizədliyini İsa Qəmbərlə eyni dairədən irəli sürəcək


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bu il noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyi qərara alıb.

Bu barədə AzadlıqRadiosuna Nemət Pənahlı məlumat verib. O, namizədliyini 15 saylı Yasamal seçki dairəsindən irəli sürəcək. Nemət Pənahlı həmin dairədən namizədliyini irəli sürməsini ərazidə elektorat toplaya biləcəyi ilə əlaqələndirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də namizədliyini həmin dairədən verməyi qərara alıb.

Nemət Pənahlı deyir ki, eyni dairədən olacaq Müsavat başqanını seçkidə özünə rəqib saymır:

«YAP namizədi Gülər Əhmədova iki dəfə həmin dairədən seçilib və seçkidə özümə rəqib YAP namizədini görürəm».
XS
SM
MD
LG