Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

Türkdilli ölkələrin zirvə toplantısı İstanbulda keçiriləcək


Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısı sentyabrın 15-də İstanbulda keçiriləcək.

Bu barədə ANS Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça istinadla xəbər verir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan toplantı çərçivəsində ikitərəfli görüşlər keçirəcək.

Toplantıda regionun iqtisadi inkişafı, sülh və sabitliyin birgə təmin olunması və digər məsələlər müzakirə olunacaq.

Bundan başqa, toplantıda ilk dəfə olaraq birliyin baş katibi seçiləcək.

Xatırladaq ki, türkdilli ölkələrin dövlət başçılarının bundan əvvəlki zirvə toplantısı 2009-cu il oktyabrın 2-3-də Naxçıvanda keçirilmişdi.

Həmin görüşdə X Zirvə Toplantısının Qırğızıstanda keçirilməsi nəzərdə tutulmuşdu.
XS
SM
MD
LG