Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:33

Amerika 11 sentyabr terror qurbanlarını yad edir


9 il əvvəl qaçırılmış təyyarələrin faciə törətdiyi yerlərdə, Nyu-York, Vaşinqton və Pensilvaniyada xatirə mərasimləri keçirilib.

Prezident Barak Obama Vaşinqtonda, Pentaqonun binası qarşısında, vitse-prezident Bayden Nyu-Yorkda, vaxtilə Ümumdünya Ticarət Mərkəzinin durduğu ekiz göydələnlərin yerində, indiki və sabiq birinci ledilər - Mişel Obama və Laura Buş isə Pensilvaniya ştatında keçirilən xatirə mərasimlərdinə iştirak ediblər.

Barak Obama öz çıxışında üzünü terror qurbamların yaxınlarına tutaraq deyib ki, həyat davam etdikcə bir vaxt dünya bu faciəni arxada qoyub başqa məsələlərlə məşğul olacaq. Amma sizin əzizlərinizin bizim millətin qəlbinə yol açan xatirəsi orada əbədi yaşayaq.

Xatırladırıq ki, 2001-ci il sentyabr ayının 11-də Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə «American Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı.

Sonra isə Cənub qülləsi buna bənzər hücuma məruz qaldı.

Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin binası - Pentaqon da intihar təyyarəsi tərəfindən vuruldu.

Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hadisələr nəticəsində 3 minə yaxın insan həlak olub. Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG