Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

Qırğızıstan Manası daha bir illiyə ABŞ-a verdi


Qırğızıstan və ABŞ Manas hərbi bazasının daha bir illiyə Pentaqona icarəyə verilməsinə dair razılaşma imzalayıblar. Bu barədə sentyabrın 10-da bazadan məlumat veriblər.

Qırğızıstanın bu bazasının Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə edilməsi üçün ABŞ-a icarəyə verilməsi barədə sənədi tərəflər 2009-cu ildə beş illiyə imzalamışdılar.

Bu ilin aprelində keçmiş prezident Kurmanbek Bakiyevin hakimiyyətdən devrilməsindən sonra yeni hakimiyyətin bu bazanı ABŞ-ın istifadəsinə verib-verməyəcəyinə dair narahatlıqlar var idi.

Vaşinqton bu hava bazasından istifadə etdiyinə görə Qırğızıstana ildə 60 milyon dollar kirayə haqqı ödəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG