Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Həmsədrlər yeni bəyanat veriblər


Həmsədrlər Xankəndində
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00
Direct-ə keçid

ATƏT-in Minsk qrupunun regionda səfərdə olan həmsədrləri, sentyabrın 8-də maşınla Xankəndinə gəlblər. AzadlıqRadiosu Ermənistan xidmətinin videogörüntüləri

Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri (Bernar Fasye – Fransa, İqor Popov – Rusiya və Robert Bradtke - ABŞ) sentyabrın 6-dan 10-a qədər regiona səfərlərinin yekunlarına dair birgə bəyanat yayıblar.

Həmsədrlər Azərbaycanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsinin müzakirəsini təxirə salmaq qərarını alqışladıqlarını bildirirlər.

Sentyabrın 10-da yayılmış sənəddə qeyd olunur ki, 2001-ci ildən bəri ilk dəfə vasitəçilər təmas xəttini quru yolla keçib Xankəndinə gediblər. Bununla onlar həmin xəttin insanlar arasında daimi bir məhdudiyyət olmasını istəmədiklərini nümayiş etdirmək istədiklərini bildirirlər:

«Azərbaycan və Ermənistanın prezidentləri, həmçinin Qarabağı erməni rəhbərliyi ilə görüşdə həmsədrlər qarşıdakı aylarda fəaliyyətlərinin bir qədər əvvəl elan edilmiş gündəliyini təqdim ediblər. Onlar ATƏT-in qarşıdakı sammitinə hazırlıq işlərində tərəflərdən daha konstruktiv mövqe gözləyirlər.

Həmsədrlər sentyabrın sonu, oktyabrın ortalarında Dağlıq Qarabağ ətrafındakı ərazilərə göndəriləcək Araşdırma Missiyasının işini müzakirə ediblər. Missiyanın səfərinin detalları müzakirə edilib və yaxın gələcəkdə həmsədrlər həmin detalların müzakirəsini başa çatdıracaq».

Həmsədrlər yenidən bütün tərəfləri atəşkəsi qorumağa, bölgədə sakitliyi təmin etməyə, öz ictimai çıxışlarında daha ehtiyatlı davranmağa çağırırlar. Tərəflərin hamısı atəşkəsə sadiq qaldıqlarını deyiblər.

Həmsədrlər Araşdırma Missiyası ilə birlikdə yenidən regiona dönməzdən əvvəl Vaşinqton və Nyu-Yorka səfər edib BMT çərçivəsində tərəflər müzakirələrini davam etdirəcəklərini qeyd edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG