Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20

Əfqanıstanı etiraz dalğaları bürüyüb


ABŞ-da bir keşişin islamın müqəddəs kitabı olan “Quran”ı yandırmaq planları Əfqanıstanda bütün ölkə boyu kütləvi etiraz aksiyalarına səbəb olub. Aksiya iştirakçıları Badağşah əyalətində NATO-nun Almaniyanın nəzarətində olan bazasını daşqalaq daşqalaq ediblər. Bazanı qoruyan özəl təhlükəsizlik şirkətinin əməkdaşlarının açdığı atəş nəticəsində üç nəfər yaralanıb. Qeyri-rəsmi məlumatlara görə aksiya yaralı aksiya iştirakçılarından biri həlak olub.

Etiraz aksiyaları Əfqanıəstanın əksər əyalətlərində keçirilib.

ABŞ-da Florida ştatında 50 nəfərlik bir dini icmanın rəhbəri 2001-ci il sentyabrın 11-də ABŞ-a terror hücumunun ildönümü günü “Quran”ın 200 nüsxəsini yandıracağını bəyan etmişdi. Sonradan elə ABŞ-dan prezident də daxil olmaqla kəskin etirazlardan sonra keşiş planını təxirə salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG