Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:31

Medvedev parlament demokratiyasını Rusiya üçün fəlakət sayır


Rusiya prezidenti Dmitri Medvedev hesab edir ki, parlament demokratiyası onun ölkəsi üçün fəlakətli nəticələrə gətirib çıxarar. Yaroslav vilayətində keçirilən ikigünlük konfransda çıxışı zamanı sentyabrın 10-da Medvedev deyib ki, Rusiyada siyasi sistem ehtiyatlar, addım-addım müasirləşdirilməlidir.

Prezident bildirir ki, 1990-cı illərin sonlarından ölkədə kasıblıq artdığından vətəndaşların bir çoxunun demokratiyaya münasibəti o qədər də yaxşı deyil.

Dmitri Medvedev iki il əvvəl hakimiyyətə gələndən bəri ölkəsində demokratik islahatların olduqca zəif getməsinə, dinc nümayişçilərin döyülməsinə görə tənqid edilir.
XS
SM
MD
LG