Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:47

Belçikada az qala hər kilsədə uşaqlar zorlanırmış


Bu ilin ilk altı ayında Belçikada uşaqların cinsi zorakılığa məruz qalmaları haqqında 475 şikayət olub. Bu barədə həmin ölkədə Katolik Kilsəsinin yaratdığı xüsusi komissiyanın sentyabrın 10-da yayılan hesabatında qeyd edilir.

Komissiyanın qənaətinə görə az qala hər dini icmadan uşaqbazlıla bağlı şikayətlər olub. Şikayətlərin də əksəriyyəti 1950-1980-ci illərdə baş vermiş bu cür cinayətlərdən bəhs edir. Qurbanlar rahiblərin, dini dərslər deyən müəllimlərin, gənclərlə işləyən yaşlı adamların bədnam hərəkətlərindən şikayət ediblər.

200 səhifəlik hesabatda 124 anonim qurbanın başına gələnlər təsvir edilir. Onlar bildiriblər ki, cinayətkarlar öz qurbanlarını əsasən 12 yaşdan yuxarı uşaqlar arasında seçirmişlər. Amma qurbanlardan biri hətta iki yaşı olandan zorlandığını deyib. 18 nəfərin isə yeddi, ya da daha az yaşı varmış.
XS
SM
MD
LG