Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:58

İlham Əliyev Medvedyevə başsağlığı verib


Vladiqafqazda terakt qurbanları ilə ilk vida mərasimi keçirilir. Şəhərin mərkəzi küçələrindən birinin həyətində yaş yarımlıq azərbaycanlı Elnarə Aşinova və onun nənəsi Yasəmən Məmmədovanın yas mərasimi düzənlənib.

«Azəri» cəmiyyətinin sədri Şahin Məmmədovun “İTAR-TASS”a bildirdiyinə görə, onların cənazəsi torpağa tapşırılmaq üçün doğulduqları yerə - Gürcüstana göndəriləcək. Dəfn mərasimninin bütün xərclərini yerli Azərbaycan icması öz üzərinə götürüb.

Azərbaycan prezidenti İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedyevə başsağlığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG