Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:13

«Azərbaycanda ifadə azadlığının vəziyyəti ciddi şəkildə pisləşib»


Aqness Kalamart
Aqness Kalamart
Son 5 ildə Azərbaycanda ifadə azadlığının vəziyyəti ciddi şəkildə pisləşib. Azərbaycan hökuməti demokratiyaya doğru irəliləmir, əksinə, tənqidə dözümsüzlük nümayiş etdirərək avtoritarizmə doğru gedir.

«Artikl 19» beynəlxaq təşkilatının Azərbaycanda ifadə azadlığının vəziyyətinə dair hesabatında belə deyilir. Sənəd sentyabrın 10-u Azərbaycan İnsan Hüquqları Evində təqdim olunub.

«İfadə azadlığının boğulması nəticəsində Azərbaycanda vətəndaş cəmiyyətinin bir çox fəalları və siyasi partiyalar özlərini sovet sistemi dövründəki dissident kimi hiss edirlər», - «Artikl 19»un icraçı direktoru Aqness Kalamart təqdimat zamanı bildirib.

Hesabatda söz və ifadə azadlığıyla bağlı problemlər öz əksini tapıb. O cümlədən probleməri aradan qaldırmaq üçün hökumətə bir sıra təkliflər verilib.

Sənddə beynəlxalq birlik Azərbaycanda ifadə azadlığının pozulması faktlarına diqqəti artırmağa və öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi məqsədilə hakimiyyətə təzyiq göstərməyə çağırılır.

Hesabatın müzakirəsi zamanı vətəndaş cəmiyyətinin təmsilçiləri və KİV nümayəndələri, həmçinin beynəlxalq ekspertlər sənədin müddəalarını dəstəkləyiblər.

Yalnız hakimiyyət yönlü Ana Vətən Partiyasının lideri Fəzail Ağamalı bunun əleyhinə çıxış edib. O bildirib ki, «elə birinci səhifədə Azərbaycanda ifadə azadlığının olmamasının göstərilməsindən məlum olur ki, hesabat qərəzlidir və Azərbaycana qarşı yönəlib». F.Ağamalı bunu dedikdən sonra tədbir keçirilən zalı tərk edib.
XS
SM
MD
LG