Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:18

ABŞ rəsmiləri İran müxalifətinin yeni nüvə zavodu xəbərinə şübhəlidir


İnformasiya agentlikləri yazırlar ki, ABŞ rəsmiləri bu ölkədəki İran müxalifət qruplarının yeni nüvə zavodu barədə məlumatlarına şübhə ilə yanaşırlar.

Vaşinqtondakı İran dissidentləri qrupunun sözçüsü Əlirza Cəfərzadə sentyabrın 9-da keçirdiyi mətbuat konfransında deyib ki, onlar Tehrandan 120 kilometr kənarda bir dağın içərisində İranın yeni nüvə zənginləşdirən müəssisənin olduğunu aşkar ediblər. O, həmin müəssisənin İranın gizli nüvə silahı yaratmaq planının bir hissəsi olduğunu iddia edib.

ABŞ rəsmilərindən biri informasiya agentliklərinə deyib ki, həmin müəssisə barədə onlarda çoxdan məlumat olub. Amma hazırda oranın nüvə fəaliyyəti üçün istifadə edildiyini demək üçün əsaslar yoxdur.

Tehran da dissident qrupun məlumatını təkzib edib. Rəsmilər bildiriblər ki, İran özünün bütün nüvə obyektləri haqqında məlumatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə verib.
XS
SM
MD
LG